"Sabah"ın yeni çalışdırıcısının qələbə şərhi

31 Oktyabr 2021 19:10 Sabah 2 159
"Sabah"ın yeni çalışdırıcısının qələbə şərhi

"Sabah"ın məşqçisi Rəşad Hüseynov isə əvvəlcə qələbə münasibətilə bütün komandanı təbrik edib.

O, əvvəlcədən matçın çətin olacağını proqnozlaşdırdıqlarını söyləyib: "Bəzi səhvlərimiz oldu. Amma matça ciddi hazırlaşmışdıq. Oyunçular həftə ərzində məşqçinin bütün təlimatlarını yerinə yetirdi. "Qəbələ"ni yaxşı analiz etmişdik. Açığı, bu qələbələri çoxdan gözləyirdik. Yeni baş məşqçimiz Murad Musayev hələ işə başlamayıb. Sabah istirahətdir. Birigündən komandanın sükanı arxasında olacaq.

Komanda bu həftə İqor Ponomaryovun başçılığı altında hazırlaşıb. Heyəti də Ponomaryovun özü qurmuşdu".

Hüseynov Musayevin bugünkü oyundan razı qaldığını deyib: "Qələbə münasibətilə hər kəsi təbrik etdi. Eyni zamanda bildirdi ki, klubun hədəfi avrokuboklarda oynamaqdırsa, bunun üçün daha çox çalışmalı, daha da inkişaf etməliyik". (Report)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti