«Sabah»ın yeni baş məşqçisi Murad Musayev Qəbələyə yollanıb.
Dünən Masazır klubu ilə 2 illik müqavilə imzalayan rusiyalı mütəxəssis burada keçirilən oyunu izləyənlər arasında öz yerini tutub.
«Krasnodar»ın sabiq sükançısı gələn həftədən işə başlayacağı komandanı daha yaxından tanımaq niyyəti ilə səfərə çıxıb.
Onun ikinci bir məqsədi legionerlər barədə təsəvvürünü genişləndirməkdir.
Çünki bilirik ki, Musayev «Sabah»ın Premyer Liqanın ilk 8 həftədəkiç çıxışını incələyib və bəzi əcnəbi futbolçuların səviyyəsindən məmnun qalmayıb. Bununle belə, 37 yaşlı baş məşqçi tələsik qərar vermək istəmir.
SPORTİNFO.AZ

