“Biz də özümüzə inanırıq, əlimizdən gələni edəcəyik“

31 Oktyabr 2021 14:40 Sabah 518
“Biz də özümüzə inanırıq, əlimizdən gələni edəcəyik“

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Bu dəfə azarkeşlər Qəbələ və Sumqayıtdakı matçlara şahidlik edəcək.

Əvvəlcə mövsümün müsbət və mənfi mənada sürpriz komandaları olan “Qəbələ” ilə “Sabah” üz-üzə gələcək.

İlk qələbəsini ötən turda qazanan bakılılar Murad Musayevlə müqavilə bağlamasına baxmayaraq, səfər görüşünə baş məşqçisiz çıxacaq.

"Sabah"ın Fil Dişi Sahilindən olan hücumçusu Tiemoko Fofana Sportinfo.az-a iddialı açıqlama verib. O, bu matçda da qələbəyə iddialı olduqlarını deyib:

"Rəqib turnir cədvəlinin ilk pillələrində qərarlaşıb. Lakin biz də özümüzə inanırıq. Əlimizdən gələni edəcəyik ki, səfərdə yaxşı nəticə qazanaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti