Azərbaycan çempionatında zəif komanda yoxdur?

31 Oktyabr 2021 09:40 Sabah 808
Azərbaycan çempionatında zəif komanda yoxdur?

"Qəbələ" çempionatın ən formada olan komandalarından biridir. Güclü rəqibə qarşı səfərdə oynayacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”dan Elvin Camalov deyib.

Premyer Liqanın cari mövsümündə ilk qələbəni ötən həftə “Sumqayıt” üzərində əldə edən (3:0) “tələbələr” sabah səfərdə meydançaya çıxacaq.

Növbəti rəqib sezonun surpriz komandası "Qəbələ"dir. 28 yaşlı yarımmüdafiəçi bölgə klubu ilə matç haqda bunları deyib:

“Ümumiyyətlə, çempionatda zəif komanda yoxdur. Hər rəqib 3 xal üçün meydanda sona kimi mübarizə aparır.

İnanıram ki, azarkeşlər maraqlı futbol izləyəcəklər. Biz isə əlimizdən gələni edəcəyik ki, çətin səfər oyunundan yaxşı nəticə ilə ayrılaq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!