Yeni baş məşqçi “Sabah” qarşısında hansı öhdəliyi götürüb?

30 Oktyabr 2021 19:00 Sabah 1 104
Yeni baş məşqçi “Sabah” qarşısında hansı öhdəliyi götürüb?

Xəbər verdiyimiz kimi, “Sabah”da yeni təyinat gerçəkləşib.

Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.

37 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, komandada işinə gələn həftə başlayacaq.

Rusiyalı çalışdırıcının qarşısına bu mövsüm mübariz kollektiv formalaşdırmaq və turnir cədvəlində mümkün qədər yüksək pillə tutmaq vəzifəsi qoyulub.

Əlbəttə, iştah diş altındadır və “tələbələr” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazansa, yeni sükançının dayaqları bir qədər də möhkəmlənəcək.

Amma demək olmaz ki, möcüzə baş verməsə, Musayev ciddi təhlükə ilə üzləşəcək, postunu itirmək narahatlığı yaşayacaq. Onun əsas işi gələn sezonla bağlı olacaq.

Murad Musayev 2005-ci ildə “Krasnodar"ın akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.

Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib. 38 yaşlı mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti