"Yaxşı oyun sərgilədik və qalib gəldik.
Bu qələbə komandada özünəinamın yaranması və növbəti oyunlara daha həvəslə hazırlaşmağımız baxımından çox yaxşı oldu".
Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt" üzərində qazanılan mövsümdəki ilk qələbə haqqında danışan "Sabah"ın üzvü Tiemoko Fofana deyib.
3:0-lıq qələbədə onun da payı az olmadı. Məhz 3 qoldan 2-si Fil Dişi Sahilindən olan hücumçunun payına düşür.
Afrikalı legioner buna sevinsə də, “əsas məsələ komandanın uğurudur” deyə, düşünür: "Komandamın qələbəsinə iki qolla töhfə verməyim ikiqat sevindirici oldu.
Ancaq əlbəttə, mühüm olan kimin qol vurması yox, komandanın qələbə qazanmasıdır. Ümid edirəm ki, bu qələbənin davamını gətirə biləcəyik".

