«Sabah»la 2 illik müqavilə imzalamağa razılıq verən Murad Musayevin bu gün Azərbaycana qayıtması gözlənilir.
Ötən həftəsonunu da Bakıda keçirmiş rusiyalı mütəxəssisin buradan Qəbələyə yollanması planlaşdırılır.
Məqsədi gələn həftə işə başlayacağı komandanı növbəti dəfə iş başında görmək və daha yaxın tanımaqdır.
Artıq Musayevin Azərbaycana necə gəlib çıxması ilə bağlı bəzi yeni bilgilər də üzə çıxmaqdadır. Demə, «Krasnodar»ın sabiq baş məşqçisi bura Hacı Hacıyevin təqdimatı ilə «Sabah»ın yolunu tanıyıb.
Vaxtilə Rusiyada bir çox klubu çalışdırmış Hacıyev varisi hesab etdiyi 37 yaşlı mütəxəssisi iş başına gətirməyi məsləhət görüb və uğurlu fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
SPORTİNFO.AZ

