Murad Musayevin «Sabah»ın sükanıı arxasına gətiriləcəyi ilə bağlı Sportinfo.az-ın yaydığı məlumat Rusiya mediasında böyük maraqla qarşılanıb.
Bu ölkənin elə bir mətbu orqanı yoxdur ki, «Krasnodar»ın sabiq baş məşqçisinin Azərbaycan klubuna təyinat alacağını saytımıza istinadən yayımasın.
Məşhur «Matç» TV də bu hadisəni diqqət mərkəzinə alıb. Kanalın saytı gedişatla bağlı azərbaycanlı menecer Erkin İbrahimovun fikirlərini öyrənib.
Tanınmış agent «Sabah»ın yeni yaranan klub olduğunu və zamanla inkişaf yolu seçdiyini bildirib. O, Musayevdən ilk vaxtlar ciddi uğur gözləmədiyini söyləyib və bunu komandanın düşdüyü vəziyyətin ağırlığı ilə əlaqələndirib.
Müsahibə ilə bu link vasitəsilə tanış ola bilərsiz - https://matchtv.ru/football/matchtvnews_NI1427679_Futbolnyj_menedzher_Ibragimov_Zarplata_Musajeva_v_Azerbajdzhane_budet_ne_

