Dünən "Sabah"da gözlənilməz ayrılıq baş tutdu.
Belə ki, ötən ay kluba transfer edilən serbiyalı Peter Skluetiçlə yollar ayrıldı.
Klub rəsmi açıqlama yayaraq hücumçunun ailəsində problem olması səbəbindən rəhbərliyə müraciət edib, ayrılmaq istədiyi üçün onunla yolların ayrıldığı deyildi.
Mətbuatda isə rəsmi açıqlamaya rəğmən "Sabah"ın Skuletiçə təzminat verməsi iddiaları var.
Görəsən, bu nə dərəcədə həqiqətdir?
Sportinfo.az-ın sorğusuna cavab olaraq "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:
"Futbolçu özü klub rəhbərliyinə müraciət edərək şəxsi məsələlərlə bağlı ayrılmaq istıdiyini bildirdi.
Klub da onun bu istəyini anlayışla qarşıladı və müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu cür hallarda futbolçuya təzminat verilmir. Ümumiyyətlə, Petarın belə bir istəyi də yox idi".

