Musayev “Sabah”dan aldığı təklif barədə nə söylədi?

28 Oktyabr 2021 11:20 Sabah 822
Musayev “Sabah”dan aldığı təklif barədə nə söylədi?

“Sabah”ın baş məşqçisi postuna əsas namizəd olan Murad Musayev mümkün keçidə münasibət bildirib.

37 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında Sportinfo.az-ın ilk dəfə yaydığı xəbəri doğrulayıb.

O, Masazır klubunun sükanı arxasına keçəcəyini istisna etməyib.

Bakıya gələrək “Sabah” rəhbərliyi ilə görüşən və daha sonra ölkəsinə qayıdan “Krasnodar”ın sabiq çalışdırıcısı konkret fikir bildirməkdən imtina edib: “Rəsmi açıqlamadan əvvəl heç nə şərh edə bilmərəm”.

Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb.

Komanda 2018/2019 mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb.

Krasnodar təmsilçisi növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və Avropa Liqasında 1/8 finaladək irəliləyib.

38 yaşlı mütəxəssis bu il aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti