Azərbaycan klubundan dəvət alan rusiyalı baş məşqçinin ŞƏRTLƏRİ

26 Oktyabr 2021 11:40 Sabah 2 136
Azərbaycan klubundan dəvət alan rusiyalı baş məşqçinin ŞƏRTLƏRİ

«Sabah»la danışıqlar aparmaq üçün Azərbaycana gələn Murad Musayevin bəzi şərtləri məlum olub.

Apreldə «Krasnodar»dan ayrılmış baş məşqçi transfer siyasəti ilə bağlı bütün səlahiyyətlərin tamamilə onun nəzarətinə verilməsini istəyir.

Komandanın cari mövsüm Premyer Liqada keçirdiyi bütün oyunları analiz edən 37 yaşlı rusiyalı çalışdırıcı mərhələli şəkildə islahat aparmaq niyyətindədir.

Onun fikrincə, bu, ən çox legionerləri əhatə etməlidir. Musayevin gəldiyi qənaətə görə, yayda alınan əcnəbi futbolçuların bəzisi yüksək məqsədlər uğrunda mübarizə aparacaq səviyyədə deyil, bəzisi isə potensialından zəif çıxış edir.

3 illik (2+1) müqavilə ilə yola çıxmağı arzulayan mütəxəssis qış fasiləsində yeni transferlərlə komandanın gücləndirməyin vacibliyini qeyd edib.

O, bu planlarının dəstəklənəcəyi təqdirdə, avrokuboklara vəsiqə qazanmağın mümkünlüyünü söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı