Azərbaycan klubu 13 aydan sonra... İndi bunu da bacardılar

25 Oktyabr 2021 14:00 Sabah 707
Azərbaycan klubu 13 aydan sonra... İndi bunu da bacardılar

2021-22 mövsümündə qələbənin nə olduğunu bilməyən “Sabah”, nəhayət, 3 xal sevincini yaşadı.

Şənbə günü “Bank Respublika Arena”da “Sumqayıt”ın qapısına 3 cavabsız top vuran “tələbələr”, bununla da, qələbəsiz oyunlar seriyasına son qoydu.

Bu, “Sabah”ın 5 aydan sonra qazandığı ilk qalibiyyət olub. Belə ki, Masazırı təmsil edən kollektiv sonuncu dəfə qələbənin nə olduğunu ötən çempionatın sonuncu turunda hiss etmişdi. Mayın 19-də “Zirə”ni 2:1 hesabı ilə məğlub edəndə.

Daha bir maraqlı məqam “Sabah” azarkeşlərinin uzun müddətdən sonra böyükhesablı qalibiyyətə əl çalmasıdır.

Bu cür xoşbəxtlik isə çox-çox əvvəl – 2020-ci ilin sentyabrında yaşanmışdı.

“Tələbələr” 2020-21 mövsümünün 2-ci turu çərçivəsində sentyabrın 13-də “Bank Respublika Arena”da baş tutan görüşdə “Qəbələ”ni darmadağın etmişdi – 3:0.

13 aydan sonra böyükhesablı qələbə qazanan faktiki baş məşqçisiz komanda, həm də, 5 aydan sonra aktivinə 3 xal yazdırmış oldu.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"