İqor Ponomaryov “Sabah”ın kim(lər)ə tapşırılmasını istəyir?

22 Oktyabr 2021 13:00 Sabah 1 983
İqor Ponomaryov “Sabah”ın kim(lər)ə tapşırılmasını istəyir?

“Sabah”ı Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində baş tutacaq “Sumqayıt”la oyuna (oktyabrın 23-də keçiriləcək) kimin çıxaracağı müəyyənləşib.

Sözügedən oyunda komandanı meydana Ramin Quliyevin köməkçisi İlkin Hüseynov çıxaracaq. Ondan sonra komandaya yeni baş məşqçi təyinatı mümkündür.

Dünən Ramin Quliyev baş məşqçi postundan istefa verib. Onu kimin əvəzləyəcəyi yönündə iddialar müxtəlifdir.

“Zirə“nin sabiq çalııdırııcısı, hazırda “Turan Tovuz“un futbol akademiyasının baş koordinatoru postunu tutan Adil Şükürovun Masazır təmsilçisinin gündəmində yer almasını xəbər vermişdik.

Bu gün o da məlum olub ki, “Sabah“ı Şükürovdan daha tanınmış və təcrübəli mütəxəssis çalışdıra bilər. Belə ki, Əsgər Abdullayev bura namizəd göstərilir.

Klubun Müşahidə Şurasının üzvü və idman direktoru İqor Ponomaryov “Araz Naxçıvan“ın baş məşqçisi vəzifəsini icra edən yaxın tanışının bura gəlməsini istəyir.

Vaxtilə “Neftçi“dən münasibət qurduğu ƏsgərAbdullayev onun əsas favoritidir. İdman direktoru həmçinin Vladislav Qədirovun namizədliyini təklif edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi