Aleksey İsayev bu qış "Neftçi"yə keçir? - SON DURUM

21 Oktyabr 2021 21:20 Sabah 1 266
Aleksey İsayev bu qış "Neftçi"yə keçir? - SON DURUM

Samir Abasovun "Neftçi"ni gücləndirmək yolunda axtarışları davam edir.

Bəyəndiyi adların sayı isə bir yox, bir neçədir.

Məsələn, son günlər gənc mütəxəssisin daha çox "Sabah"dan Aleksey İsayevi sərəncamında görmək istəməsi ilə bağlı xəbərlər dolaşır.

Amma Sportinfo.az-a daxil olan məlumata görə, yaxın gələcəkdə bu transferin baş tutması real deyil.

Bunun müxtəlif səbəbləri var. Ən başlıcası, milliləşdirilmiş yarımmüdafiəçinin Masazır təmsilçisi ilə müqaviləsi var və klub onu rahatlıq buraxmaq fikrində deyil.

Bundan başqa İsayev özü də bu keçidə müsbət yanaşmır.

Çünki onun mövqeyində "Neftçi"də Emin Mahmudov çıxış edir. Ehtiyat qüvvə olmaq isə İsayevin planlarına daxil deyil.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!