İndi istefadan söhbət getmir – "SABAH"IN GÜNDƏMİ

19 Oktyabr 2021 10:40 Sabah 615
İndi istefadan söhbət getmir – "SABAH"IN GÜNDƏMİ

7 tura 6 məğlubiyyət alan komanda dəyişikliyə, islahata məhkumdur.

Əgər üfüqdəki hədəf avrokuboklara vəsiqə qazanmaqdırsa, bu yolda tərəddüdə dalmaq olmaz, ziyanın yarısından dönməyin özü də faydalıdır.

«Sabah» məramından çox uzaq düşüb. Bu futbolçu kontingenti ilə nələr etmək mümkün idi, nələr olur amma.

Turnir cədvəlinin son pilləsində «lövbər» salmaları futbolun yazılan və yazılmayan bütün qanunlarının fövqündə çox qəribə görünür yenə. Yaraşır-yaraşmır mübahisəsinə girişmək məntiqsizdir bu nəticələrin fonunda.

Fəqət, bəlli olan budur ki, klub rəsmiyyəti Ramin Quliyevə bəslədiyi ümidləri qırıb atmayıb hələ.

Yayda 2 illik müqavilə bağladııqları baş məşqçini tərpətmək kimi bir fikrə gəlməyiblər indiyədək və güman ki, bu tezliklə də yolların ayrılması məsələsinə müzakirə masasına yatırtmayacaqlar.

Bunun üçün ən ciddi əsas, yəqin ki, komandanın son 2 turda sərgilədiyi baxımlı futboldur. Bəli, əvvəl bu da yox idi, bu gün isə «Sabah»ın oyunçuları «döyüşə hazırlaş» əmri almış əsgərə bənzəyir.

«Aberden», «Bazel» və «Omoniya» belə, «Qarabağ»a avrokuboklarda «diş qıcaya» bilməmişdi, «Sabah» həmin ab-havanı yaratdı.

Sıradan olmayan qol vəziyyətləri yaxalayıb, «Qarabağ»ın «Kayrat»la qarşılaşmaya rahat hazırlaşmaq imkanı tanımadılar.

Xulio Sezar Rodriges Şahruddin Məhəmmədəliyevin təhrikinə aldanıb qırmızı vərəqə almaqla, bəlkə də ev sahiblərini minimum 1 xaldan məhrum etdi.

10 nəfərlə qalmasına, hesabda 0:2 geri düşməsinə rəğmən, «Qarabağ»ı həyacanlandırmağa özündə güc tapan «Sabah»ın əzmkarlığı ilə yanaşı, sürətli və inamlı futbolu sabaha ümidlə boylanmağa ümidləri, doğrudan da, artırır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti