Səlahət Ağayevdən MESAJ – “Bundan sonra...”

12 Oktyabr 2021 11:40 Sabah 899
Səlahət Ağayevdən MESAJ – “Bundan sonra...”

“Hazırlığımız öz axarında davam edir.

Düzdür, hazırkı vəziyyət heç birimizi razı sala bilməz. Ancaq ruhdan düşmürük”.

“Sabah”ın təcrübəli qapıçısı Səlahət Ağayev Sportinfo.az-a komandası ilə bağlı danışarkən bu sözləri deyib.

Millilərin oyunları ilə bağlı yaranmış fasilə bəzən uğursuzluq zolağına düşən komandaların xeyrinə olur. Səhvlər təhlil olunur, aradan qaldırılır və gərgin məşqlər nəticəsində xəttlərarası əlaqə yaxşılaşdırılır.

Səlahət bundan sonra hər bir oyunun onlar üçün final xarakteri daşıyacağını düşünür: “Komanda daxilində ab-hava yaxşıdı. Hər birimiz bu vəziyyətdən çıxacağımıza inanırıq.

Məncə, milli komandanın oyunlarıyla bağlı fasilənin komandaya müsbət təsiri ola bilər.

Lakin fasilənin olub-olmamasından asılı olmayaraq, hər birimiz hazırda qərarlaşdığımız mövqenin ürəkaçan olmadığını bilirik və bu vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik.

Bundan sonra hər oyun bizim üçün final görüşü kimi olmalıdı. Bizim yaxşı komandamız var. İnanıram ki, birlikdə mübarizə apararaq, hazırkı vəziyyəti xeyrimizə dəyişə biləcəyik”

“Tələbələr” Azərbaycan Premyer Lqasında 6 turdan sonra 1 xal toplamaqla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti