“Sabah“dan baş məşqçi ilə bağlı YENİ AÇIQLAMA

6 Oktyabr 2021 14:00 Sabah 1 462
“Sabah“dan baş məşqçi ilə bağlı YENİ AÇIQLAMA

Ramin Quliyev “Sabah“ın baş məşqçi postunda öz fəaliyyətini davam etdirəcək.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

Gənc mütəxəssisin istefaya göndəriləcəyi ilə bağlı bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə yayılan xəbərləri təkzib edən press-ateşe bu məsələnin gündəmdə olmadığını söyləyib:

“O, öz işinin başındadır və komandanı nöbbəti oyuna hazırlayır“.

Masazır təmsilçisi Premyer Liqanın geridə qalan ilk 6 həftəsində 1 xal toplayıb. Aktivində qələbə olmayan Quliyevin komandası 1 xalla turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti