“Sabah” AFFA-ya şikayət etdi – KONKRET SƏBƏB VAR

4 Oktyabr 2021 19:00 Sabah 1 044
“Sabah” AFFA-ya şikayət etdi – KONKRET SƏBƏB VAR

“Sabah” Premyer Liqanın 6-cı turunda “Keşlə” ilə keçirilən oyunun (0:2) hakimliyindən AFFA-ya şikayət edib.

Bu barədə Sportinfo.az-a klubun mtbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, idarəciliklə bağlı müraciət Hakimlər Komitəsinə ünvanlanıb. Burada baş hakim Rəşad Əhmədovun qərarlarından narazılıq edilib.

Xüsusilə 87-ci dəqiqədə onların lehinə verilməyən penalti qərarı önə çıxarılıb:

“Müraciətdə əvvəlki turlarda da komandamızın əleyhinə oyunun nəticəsinə təsir edən qərarların verildiyi qeyd edilib.

Oyunda hakim idarəçiliyi dıyərləndirilərkən qeyd etdiyimiz məqamın nəzərə alınmasını bildirmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!