350 min dollara “yox” dedi, Azərbaycana gəldi

30 Sentyabr 2021 17:00 Sabah 1 411
350 min dollara “yox” dedi, Azərbaycana gəldi

Premyer Liqanın ötən turunda “Sabah”ın heyətində yeni legioner debüt etdi.

Petar Şkuletiç “Neftçi” ilə görüşdə 59 dəqiqə forma geyindi və Xulio Sezar Rodrigezlə əvəzləndi.

Serbiyalı hücumçu lə 2 illik müqavilə bağlanıb.31 yaşlı forvard karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/2015), Avstriyanın LASK (2009 - 2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/2018), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018 - 2021) klublarında çıxış edib. F

orvard Fransa klubunda 52 oyuna 3 qol vurub. Mediada yayılna xəbərlərə görə, Şkuletiç Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub.

“Sabah”ın yeni ”7 nömrə”si daha əvvəl “Neftçi”yə də təklif olunub, ancaq keçidi baş tutmayıb. “Neftçi”dən savayı isə onun Rusiya Premyer Liqasında yarışan “Ufa”ya transfer variantı da yüksək olub.

Bizdəki məlumata görə, “Krılya Sovetov” da balkanlı forvarda dəvət göndərib. Samara klubu ona 1 illik müqavilə qarşılığında 350 min dollar təklif edib. Şkuletiç bu rəqəmə “yox” deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti