Ramin Quliyev "Sabah" üçün nə etməlidir? - VİDEO

29 Sentyabr 2021 09:40 Sabah 465
Ramin Quliyev "Sabah" üçün nə etməlidir? - VİDEO

Ramin Quliyev ötən mövsümün son bölümündən bəri «Sabah»ın sükanı arxasındadır.

O etapı pis-yaxşıı adladı, yayda 2 illik müqaviləyə imza atdı.

Həmin saziş indi də qüvvədədir. Premyer Liqanın ilk 5 turundan sonra cəmi 1 xal toplanmasına baxmayaraq.

Özgə vaxt çox danışılır ki, «Sabah» baş məşqçilərini tez-tez dəyişir. Əlində və ehtiyatında kifayət qədər sanballı futbolçuları olan, avrokuboklara vəsiqə vədi verən mütəxəssis belə uğursuz başlanğıcdan sonra hələ də sükan arxasında qalırsa…

Bu, klub rəhbərliyinin ona göstərdiyi etimaddır. Dəstəyin də göz-qulağı, əl-ayağı olur bəyəm? Üzərlərinə düşən nədirsə, onu da artıqlamasıyla edirlər.

Ramin Quliyev kələfin ucunu itirməyib. Vaxtı var. Az da olsa. Futbolçu seçimi çoxdur və bu, bəzən onu çaşbaş salır.

Oyunu kimin üzərində qurduğunu bilsə də, müdafiə və hücum xətlərindəki çatışmzlıqları aradan qaldırmağın yollarını tapmaqda çətinlik çəkir.

«Neftçi» ilə oyunda hardasa bir ümid işartısı göründü. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Tərslikdən bəxt də Ramin Quliyevdən üz döndərib.

Nə edib, nə etməyib, futbol şahzadəsi «Sabah»a tərəf boylanmaq belə, istəmir. Bəxtiyar Həsənəlizadənin son dəqiqələrdə 1 metrdən boş qapını dəqiq nişan ala bilməməsinə başqa nə ad verəsən?

«Neftçi»ni ondan əvvəlki 4 tur ərzində müdafiəyə bu cür çəkilməyə məcbur edən olmamışdı. Bir «Qarabağ» idi, onlar da ilk yarıda bunu bacarmışdı.

«Sabah» isə ərazi üstünlüyünü hər iki hissəyə yaymaqla, cari mövsümdə ən yaxşı oyununu ortaya qoydu. Amma bu da Quliyevin komandasınını potensialını özündə tam əks etdirmir.

Bu qarşılaşma onun yalnız 30-40 faizini üzə çıxartdı. Optimal oyun səviyyəsini əldə etmək üçün baş məşqçi nə etməlidir?

1. Sabit «11-liy»i müəyyənləşdirməlidir.
2. Futbolçuların meydanda yerdəyişməsinə diqqət yetirməlidir. Kimi, harada və necə.
3. Meydandan aldığı və əvəzləmədən meydana buraxdığı futbolçuların oyunu gücləndirib-gücləndlrməyəcəyinə həm özünü, həm də onları inandırmalıdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"