"Neftçi"nin gördüyü mənzərə - Masazırdan FOTOREPORTAJ

27 Sentyabr 2021 09:00 Sabah 407
"Neftçi"nin gördüyü mənzərə - Masazırdan FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib.

"Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub.

Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub. "Neftçi" ikinci qoluna 78-ci dəqiqədə əks-hücumun yekununda imza atıb. Bu dəfə Mamadu Kane fərqlənib.

"Sabah"ın təsəlli qolunu isə 81-ci dəqiqədə uzaqdan zərbə ilə Aleksey İsayev vurub. Beləliklə, xalını 10-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”