Braziliyalı futbolçunun taleyinə nə vaxt aydınlıq gələcək? - Açıqlama

25 Sentyabr 2021 09:20 Sabah 1 075
Braziliyalı futbolçunun taleyinə nə vaxt aydınlıq gələcək? - Açıqlama

"Sabah"ın baş məşqçisi Ramin Quliyevin mərkəz müdafiəçisi axtarışları davam edir.

Gənc mütəxəssis bu dəfə həmin mövqeyə braziliyalı legioner dəvət edib.

Son klubu "Fluminense"nin U-20 komandası olan Hiqor Qabrile artıq düşərgədədir.

O, paytaxt təmsilçisinə yoxlanışa gəlib. Əgər sınaqdan uğurla keçsə, o zaman müqavilə imzalanacaq.

Heç də yaxşı cv-si olmayan müdafiəçi ilə bağlı qərar, görəsən, nə vaxt veriləcək? Ümumiyyətlə, Qabriel "Sabah"ın düşərgəsinə nə vaxt qoşulub?

Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında qısaca olaraq bunları dedi:

"Mərkəz müdafiəçisidir. Üç gündür komandanın düşərgəsindədir. Neçə gün qalacağı isə hələ bəlli deyil. Ümumiyyətlə, qalıb-qalmayacağına komandanın məşqçilər korpusu qərar verəcək".

Digər Xəbərlər
Xəbər Lenti