"Sabah"ı seçən “Borussiya”lı: “Açığı, buna hazır deyildik”

20 Sentyabr 2021 22:20 Sabah 632
"Sabah"ı seçən “Borussiya”lı: “Açığı, buna hazır deyildik”

Hesabat turunda “Zirə”ni də məğlub edə bilməyən “Sabah”da (1:1) qələbəsiz oyunlar seriyası 4-ə çatdı.

Mövsümlərarası fasilədə səs-küylü transferlərə imza atan, buna baxmayaraq, çempionata uğursuz start verən “tələbələr”in mövsümün gedişatında necə görünəcəyini zaman göstərəcək.

Komandanın yeni transferlərindən olan Coy-Lens Mikels Sportinfo.az-a verdiyi açıqlamada öncə keçmişdən – “Zirə” ilə heç-heçədən danışdı:

“Hər şeydən əvvəl maraqlı oyun alındığını deməliyəm. Hər iki komandanın futbolçularının istəkli olması mübarizələr zamanı görünürdü.

Biz də qələbə qazana bilərdik, onlar da. Fikrimcə, heç-heç oyunun ədalətli nəticəsi idi”.

Vaxtilə Münxenqladbax “Borussiya”sının formasını geyinən Mikelsin fikrincə, qapılarında gözlənilməz qol görmələri planları “Sabah”ın planlarını pozub:

“İkinci yarının əvvəlində qapımızda sürpriz qol gördük. Açığı, buna hazır deyildik. Ona görə də bir müddət özümüzə gəlməkdə çətinlik çəkdik.

Hesabı bərabərləşdirəndən sonra təzyiqi artırsaq da, qələbə topunu vurmağa vaxt çatmadı”.

Digər Xəbərlər
Xəbər Lenti