"Sabah"da biri qayıtdı, digəri yox

18 Sentyabr 2021 09:40 Sabah 748
"Sabah"da biri qayıtdı, digəri yox

"Sabah"ın əsas hücumçularından sayılan Xulio Rodriges yeni mövsüm hələ də debüt edə bilməyib. Futbolçu yay təlim-məşq toplanışında zədə almışdı.

Digər legioner Zurab Oçiqava isə Premyer Liqanın birinci turunda zədələnərək meydanı yarımçıq tərk etmişdi. Zədəsi ciddi olan oyunçu sonrakı iki turu buraxmalı olmuşdu.

Hər iki futbolçunun son durumu ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq.

Klub rəsmisi Sportinfo.az-a açıqlamasında bunları deyib:"Xuli Rodrigesin zədəsi tam sağalmayıb. Hazırda fərdi məşq edir. Çox güman ki, "Zirə" ilə oyunda komandaya kömək edə bilməyəcək. Amma Oçiqava zədəsini sağaldıb. Baş məşqçi şans verəcəyi halda meydana çıxa bilər".

"Zirə" - "Sabah" görüşü bu gün saat 19:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti