"Sabah" Fransa klubunun hücumçusu ilə müqavilə imzaladı

14 Sentyabr 2021 11:50 Sabah 781
"Sabah" Fransa klubunun hücumçusu ilə müqavilə imzaladı

Sabah” heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, serbiyalı hücumçu Petar Şkuletiçlə 2 illik müqavilə bağlanılıb.

31 yaşlı forvard karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/2015), Avstriyanın LASK (2009 - 2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/2018), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018 - 2021) klublarında çıxış edib.

Şkuletiç Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. O, “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı