“Qəbələ”nin imkanlı vaxtları var idi… Lideri Sumqayıtda nə gözləyir?

25 Sentyabr 2021 10:40 Sabah 1 709
“Qəbələ”nin imkanlı vaxtları var idi… Lideri Sumqayıtda nə gözləyir?

Hər nə qədər qəribə səslənsə də, 5-ci turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq.

6 xalla 5-ci pillədə qərarlaşan “kimyaçılar” turnir cədvəlinin lideri “Qəbələ”ni qəbul edəcək.

Diqqətdən qaçıranlar üçün bir daha xatırladaq ki, bölgə təmsilçisi cari mövsümdə keçirdiyi 4 görüşün heç birində məğlubiyyət acısı dadmayıb.

“Sabah”, “Keşlə” və “Səbail”i məğlub edib, “Neftçi”ylə bərabərə qalıblar.

Budəfəki səfər Sumqayıtadır. 2011-ci ildən bu yana komandalar arasında Sumqayıtda 17 oyun baş tutub.

7 halda qəbələlilər qələbə sevinci yaşadığı halda, 4 dəfə sumqayıtlılar sevinib. Daha 6 matç isə heç-heçə başa çatıb.

Uğurlu nəticələrin əksəri “Qəbələ”nin imkanlı vaxtları na təsadüf etdiyindən, bundan öncəki 2 mövsümə nəzər salmaq yerinə düşər.

Komandalar 2019-un payızından bu yana “Kapital Bank Arena”da 3 dəfə qarşılaşıb. 1 dəfə meydan sahibləri sevinib, 1 dəfə qonaqlar, daha 1 halda bərabərlik qeydə alınıb.

Ümumiyyətlə, “kimyaçılar” bu rəqibinə son 5 ev matçının yalnız birində boyun əyib. “Qəbələ” isə son 6 qarşılaşmanın yalnız birində, bu ilin aprelində meydanı qolsuz tərk edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"