"Sabah" xorvatiyalı müdafiəçi ilə 1 illik müqavilə bağladı - VİDEO+FOTOLAR

17 Avqust 2021 23:00 Sabah 971
"Sabah" xorvatiyalı müdafiəçi ilə 1 illik müqavilə bağladı - VİDEO+FOTOLAR

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytı Sportinfo.az-ın avqustun 11-də yaydığı xəbəri az öncə təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/120646.html) .

Xorvatiyalı müdafiəçi Şpiro Periçiç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Periçiç karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/2013), “Solin” (2013/2014), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/2015), “Çibaliya” (2017/2018), Sloveniyanın “Mura” (2018/2019) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti