Xorvatiyalı mərkəz müdafiəçisi "Sabah"da - SON DƏQİQƏ

11 Avqust 2021 22:20 Sabah 2 127
Xorvatiyalı mərkəz müdafiəçisi "Sabah"da  - SON DƏQİQƏ

Yeni mövsümə hazırlaşan "Sabah" heyətini əcnəbi futbolçu ilə gücləndirib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Masazır təmsilçisi Spiro Periçiçi heyətinə qatıb.

Xorvatiyalı mərkəz müdafiəçisi son iki mövsümü Sloveniya "Maribor"unda keçirib.

O, bu klubun heyətində meydana çıxdığı 48 görüşdə 3 dəfə fərqlənməyi bacarıb.

28 yaşlı oyunçu "Maribor"dan başqa Sloveniyanın "Mura" komandasının da şərəfini qoruyub.

"Hayduk" yetirməsi olan Spiro karyerasının böyük hissəsini ölkəsinin klublarında keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!