
Region Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra yarımfinalın cütləri müəyyənləşib.
1/4 final mərhələsinin cavab oyunlarının nəticələri:
“Naftalan” – “Ağstafa Gəncləri” – 0:0 (ilk oyun 0:1)
“Record Club” – “Göyəzən” – 2:1 (ilk oyun 2:4)
Qollar: Rahid Ağazadə, 43 - pen; Toğrul İsmayılzadə, 71 - Ülvi Mahmudov, 6
“Xankəndi” – “Çinar Zəngilan” – 3:0 (ilk oyun 2:0)
Qollar: Hüseyn Mənəfli, 12; Pərviz Qaraxanov, 28; Elariz Xəlilli, 36
“Marafon” – “Şirvan” – 2:0 (ilk oyun 2:5)
Qollar: Ramil Zahidov, 49; Vüqar Əşrəfli, 67 - pen.
Bombardirlər: Cavid Nəcizadə (“Şirvan” OİK) – 20, Nurlan Dadaşov (“Dirçəliş”) – 19, Vüqar Əşrəfli (“Marafon”) - 18 qol.
Yarımfinal mərhələsinin cütləri:
“Göyəzən” - “Şirvan”
“Xankəndi” - “Ağstafa Gəncləri”
Yarımfinal mərhələsinin ilk oyunları 13-14 may, cavab görüşləri 17-18 may tarixlərində keçiriləcək.