"İki xal itirdiyimizi, yoxsa bir xal qazandığımızı demək çətindir" - Elmar Baxşıyev

29 Noyabr 2022 19:10 Qəbələ 377
"İki xal itirdiyimizi, yoxsa bir xal qazandığımızı demək çətindir" - Elmar Baxşıyev

"Sumqayıt" son pillədə qərarlaşsa da, ağır səfər oyunu oldu. Komanda şəklində yaxşı hazırlaşmışdıq. Bir xal qazandıq. Qalib gələ bilərdik, amma uduzmaq ehtimalımız da var idi. Matçın ədalətli nəticəsi elə heç-heçə idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunun "Sumqayıt"la (1:1) oyunundan sonra mətbuat konfransında deyib.

O, komandasının Sumqayıtdakı bərabərliyini şərh edib: "İki xal itirdiyimizi, yoxsa bir xal qazandığımızı demək çətindir. Hər oyun çətindir. İtkilərimiz var idi. Heyətimiz də geniş deyil. Hər bir oyunçunun yoxluğu, bizi rotasiyalara getməyə məcbur edir. Kristof Atanqana güvəndiyimiz oyunçudur. Ona çempionat oyunlarında şans verməyi düşünürdük. Hər bir futbolçumuza inamımız böyükdür. Mən futbolçuları ehtiyat və əsas heyətə bölmürəm. Həftə ərzində kim hazır görünürsə, daha çox onun üzərində dayanırıq. Buraxdığımız qolu burada analiz etməyəcəm. Qol buraxmışıqsa, bütün komandanı səhvidir. Rəqib ora qədər gəlirsə, tək axırıncı nöqtədə dayanmaq düzgün deyil".

Bölgə klubunun çalışdırıcısı heyətin geniş olmasının vacibliyinə də toxunub: "Siz elə sual verirsiz ki, sanki mənə təklif edirlər, geri çevirirəm. Mən də istəyərdim ki, iki heyətimiz olsun. Bir müdafiəçimiz zədəli və ya cəzalı olursa, qarşıdakı oyunda əziyyət çəkirik. Heyətimizin geniş olmasından yanayam. Amma hər şey büdcəyə bağlıdır. Büdcə imkan verəcəksə, geniş heyətin olmasını istəyərəm. Azad agent statusunda olan futbolçuları komandadamda görmək istəyərəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"