“Qəbələ”nin “dirəy“i istirahət üçün Dubayda - FOTOLAR

20 Noyabr 2022 23:00 Qəbələ 942
“Qəbələ”nin “dirəy“i istirahət üçün Dubayda - FOTOLAR

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə Premyer Liqamızda top qovan legionerlər üçün yaxşı fürsət olub.

Bu, özləri və ailələri üçün yorğunluğu candan atmaq, həm də gəzib-görmədikləri yerlərə baş çəkmək üçün əla fürsətdir.

“Qəbələ”nin müdafiəçisi Ruan Renato 3 günlük fasilədən səmərəli yararlanmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. 28 yaşlı braziliyalı əsasən Dubayı dolaşaraq orada xatirə şəkilləri çəkdirib.

Ruan xoş anların görüntülərini dostları üçün “instagram”da paylaşıb.

Sentyabrdakı fasilə zamanı “Qəbələ”nin digər legionerləri Rafael Utziqlə Ramon Maçado, həmçinin “Neftçi”li Gilyerpe Pato da BƏƏ-yə səfər etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti