"Qəbələ"nin gözdən uzaq, könüldən iraq düşmüş legioneri ilə bağlı AÇIQLAMA

17 Noyabr 2022 19:40 Qəbələ 762
"Qəbələ"nin gözdən uzaq, könüldən iraq düşmüş legioneri ilə bağlı AÇIQLAMA

"Qəbələ" yay fasiləsində heyətini 4 yeni legionerlə gücləndirdi. Bunlar Ramon Maçado, Felipe Santos, Fares Abu Akel və Andrey Strijakdır.

İlk üçü qısa müddətdə komandanın əsas heyət üzvlərinə çevrildiyini deyə bilərik. Demək olar ki, hər biri davamlı baş məşqçi Elmar Baxşıyevin güvəndiyi adlardı.

Amma sonuncu - ukraynalı legionerlə bağlı durum tam fərqlidir. Orta xətt oyunçusu arxada qalan 3 ayda demək olar şans qazanmır.

"Pro" kateqoriyalı mütəxəssis 23 yaşlı oyunçuya 3 görüşdə etimad göstərib. O da üst-üstə cəmi 11 dəqiqə.

Maraqlıdır, digərlərindən fərqli olaraq Andreyin daha çox şans əldə etməsinə nə mane olur?

Yaranmış vəziyyətlə bağlı Baxşıyev saytımıza açıqlamasında bunları dedi:

"Onun az şans əldə etməsi mövqeyində oynayan futbolçularla bağlıdır. Çünki yarımmüdafiənin həmin zonasında uzun müddətdir İsnik Alimi çıxış edir.

Yeganə səbəb budur. Mövsüm hələ davam edir. Qarşıda bizi uzun marafon gözləyir. Növbəti oyunlarda Andreyi də meydançada görə bilərik".

Bölgə klubu "Dinamo" (Kiyev) yetirməsi olan Andrey Strijakla mövsümün sonuna kimi müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti