“Sabah”a məğlub olmağımıza baxmayaraq, bu dəfə uduzacağımızdan ehtiyatlanmırdım.
Çünki final fitinə qədər mübarizə aparıb qələbə qazanmaq niyyətimiz var idi və ancaq 3 xal haqda düşünürdük”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan “Qəbələ” – “Zirə” matçında qalib gələn meydan sahiblərinin yarımmüdafiəçisi Rövlan Muradov deyib.
Sonuncu qələbəsini sentyabrın 30-da səfərdə “Səbail” üzərində əldə edən bölgə təmsilçisi son 4 oyunda 2 dəfə heç-heçə etmiş, 2 matçda məğlub olmuşdu.
Növbəti yenilgi “qırmızı-qaralar”ı avrokuboklara vəsiqə verən “4-lük”dən xeyli uzaqlaşdıracaqdı.
Rövlan qazanılan qələbəni budəfəki oyuna buraxılmayan qəbələli azarkeşlərə həsr edib:
“Gördüyünüz kimi, oyun ərzində real qol imkanlarımız oldu. Lakin şansları qola çevirə bilmirdik.
Şükürlər olsun ki, son saniyələrdə vurulan qolla layiqli 3 xalımızı qazandıq.
Azarkeşsiz futbol olmur. Buna bir daha əmin olduq. Çünki oyuna rəng qatan azarkeşlərin səsi və dəstəyidir.
Boş tribunalar önündə oynamaq həqiqətən çox çətin idi. Ona görə də bu qələbəni hər zaman yanımızda olan, ən çətin dönəmdə belə, “Qəbələ”ni dəstəkləyən azarkeşlərimizə həsr edirəm”.
“Qəbələ” “Zirə”ni məğlub etdiyini oyundan sonra xal ehtiyatını 20-yə çatdıraraq turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

