"Qəbələ"nin kapitanı Asif Məmmədov komanda ilə məşqlərə başlayıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, zədə səbəbindən Premyer Liqanın 13-cü turunda "Zirə" ilə görüşü buraxan yarımmüdafiəçi ötən gün keçirilən məşqdə iştirak edib.
"Qəbələ" növbəti oyununu noyabrın 11-də səfərdə "Neftçi"yə qarşı keçirəcək.

