Qəbələdə "Zirə" ab-havası – SON DƏQİQƏ VİDEOSU

5 Noyabr 2022 16:00 Qəbələ 708
Qəbələdə "Zirə" ab-havası – SON DƏQİQƏ VİDEOSU

Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” doğma meydanda “Zirə”ni qəbul edir.

Amma “qırmızı qaralar” üçün doğma meydanda səfər ab-havası yaşanır.

Belə ki, ötən tur “Sabah”la səfər matçında azarkeşlər arasında yaşanan qalmaqala görə bölgə klubuna bu görüşdə azarkeş qadağası verilib.

Matçı yalnız qonaq sektorunda qərarlaşan Bakıdan gələn tərəfdarlar izləyir. Görüşün gedişində də yalnız “Zirə”li fanatların şuarları eşidilir.

Məsələdən xəbərsiz olan elə bilər ki, meydan sahibi komanda “Qəbələ” yox, “Zirə”dir.

Həmin anı özündə əks etdirən görünütüləri təqdim edəcəyimiz videodan izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti