AFFA iş verdiyi şəxsə “yox“ demir

5 Noyabr 2022 11:00 Qəbələ 1 085
AFFA iş verdiyi şəxsə “yox“ demir

Bir ümddət əvvəl AFFA tərəfindən işlə təmin edilən Ramin Quliyev tezliklə əsl peşəsinə dönə bilər.

Bu haqda Sportinfo.az-a federasiyadan bildirilib.

FİFA tərəfindən bütün milli assosiasiyalarda tətbiq olunan İstedadların İnkişaf sisteminin işçi qrupuna üzv qəbul edilən 41 yaşlı mütəxəssis məşqçilik sahəsinə dönməyə hazırlaşır.

Quliyev “Sabah”da idman direktoru və köməkçi-məşqçi vəzifələrində çalışıb. O, 2021-ci ilin mart ayından oktyabra qədər əsas komandanın baş məşqçisi olub.

“Pro“ kateqoriyalı çalışdırıcı “Qəbələ“nin gündəmindədir. Bundan AFFA-dan xəbərdardılar.

Əyalət klubu vaxtilə burada işləmiş Quliyevlə anlaşma əldə edərsə, federasiya onun hazırkı vəzifəsindən ayrılmasına icazə verəcək.

Ramin bəy «Qəbələ»yə yaxşı tanışdır.

İllər əvvəl bu klubda çalışıb – akademiyada təcrübə keçəndən sonra əsas komandada fəaliyyət göstərib. Roman Qriqorçukun köməkçisi kimi.

Onun indinin özündə də klub rəhbərliyi ilə münasibətləri əladır. Baş menecer Nail Kərimovla əlaqələri daha yaxın və sıxdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti