Bölgə təmsilçisi bu xəbərə sevindi – Vacib oyunda meydana çıxa bilər

3 Noyabr 2022 21:00 Qəbələ 606
Bölgə təmsilçisi bu xəbərə sevindi – Vacib oyunda meydana çıxa bilər

“Qəbələ” ötən bazar “Sabah”la baş tutan oyunda bir neçə futbolçusunun itkisi ilə barışmalı olmuşdu.

İkinci yarının gedişində Rafael Utziq zədələnərək yerini Omar Haniyə vermiş, ardınca Rövlan Muradovla Felipe Santos da xəsarət almışdı.

Ayağında ağrılan hiss edən Murad Musayev isə matçı hakimin final fitinə qədər davam etdirmişdi.

Rövlan, Felipe və Murad matçdan sonra həkim müayinəsindən sonra xoş xəbər almışdı. Adıçəkilənlərin hər biri həftəiçi məşqlərdə iştirak edib.

Yeganə müəmma Rafaellə bağlı idi. Aldığı xəsarət ciddi olan braziliyalı futbolçu MRT müayinəsinə gərək duymuşdu. Aparatda yoxlanışdan keçən “23 nömrə”nin zədəsinin ciddi olmadığı üzə çıxıb. Sınıq, dartılma və qopma aşkarlanmayıb.

Çərşənbə günü fərdi məşqlə kifayətlənən Utziqin qarşıdakı günlərdə kollektiv çalışmalarda tər tökəcəyi gözlənilir. Ağrılar şiddətlənməsə, “Zirə”yə qarşı oynayacaq.

Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutacaq “Qəbələ” – “Zirə” oyunu saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti