Premyer Liqada mövsüm indi-indi qızışır.
Ötən sezonun ən sürpriz iştirakçısı olan «Qəbələ» yenə təəccübləndirməkdə davam edir. Təəssüf ki. mənfi mənada.
Cari «futbol ili»nə Konfrans Liqasındakı uğursuzluqla start verən əyalət klubu ölkə çempionatının geridə qalan həftələrində də qeyri-sabit çıxışıyla diqqət çəkir.
5 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə turnir cədvəlinin 5-ci sırasında qərarlaşan «qırmızı-qaralar» 17 xala malikdir.
Liqanın son 4 turunda uğura həsrət qalan komandanın baş məşqçisi Elmar Baxşıyev «qara zolağ»a düşdüklərini etiraf etmək istəmir.
O, «Sabah»la görüşün (1:2) ardınca «CBC Sport»a verdiyi müsahibədə son dəqiqə qollarıyla məğlub olmaqlarının səbəbini futbolçularının konsentrasiyanı itirməsiylə əlaqələndirib.
Fiziki hazırlığın yetərsiz olması faktını danan gənc çalışdırıcı, görünür, statistik məlumatları nəzərdən keçirmir, ya da bunları bilir, araşdırır, sadəcə, özünü o yana qoymur.
Rəqəmlər göstərir ki, Premyer Liqanın ilk 12 turundakı oyunlarda ən çox ilk qolu vuran komandaların siyahısına “Qəbələ” başçılıq edir.
“Qırmızı-qaralar” keçirdiyi 12 qarşılaşmanın 10-da hesabı açan tərəf olub. Bu isə 83,33 faizlik göstərici deməkdir. Maraqlıdır ki, “Qəbələ” bu mövsüm 6 səfər görüşünün hamısında ilk sevinən komanda olub.
Sıralamada ikinci yeri “Qarabağ” tutur. Çempionatda itkisiz yoluna davam edən ağdamlılar 11 matçın 9-da buna nail olub. Qurban Qurbanovun yetirmələri də səfərdə 100 faizlik göstəriciyə (5 oyun) imza atıb.
Siyahının üçüncü pilləsində “Neftçi” qərarlaşıb. “Ağ-qaralar” 9 oyunda hesabı açmağa müvəffəq olub.
Premyer Liqanın debütantı “Turan Tovuz” ev oyunlarında hamıdan yaxşı göstərici ilə yadda qalıb. Tovuzlular doğma azarkeşləri önündə çıxdığı 5 matçın 4-də birinci qolu vurub.
Statistikadan məlum olur ki, «Qəbələ» əsasən ikinci hissədə qapısında gördüyü qollarla rəqibləri qarşısında «ağ bayraq» qaldırır.
Bu qoların buraxılması konsentrasiya ilə bağılıdırsa, nədən Elmar Baxşıyev 3 aydır problemin üstünə düşmür, onu aradan qaldırmır?
Çatışmazlıq yalnız futbolçuların fikrinin meydanda dağılmasıyla əlaqədardısa, deməli, o, zəif motivatordur. Yaxud sərəncamındakılar Baxşıyevi daha saymır, verdiyi tapşırıqları qulaqardına vurur.
Demir fiziki hazırlıq qaydasındadır, olsun belə.
Bəs nəyə görə komanda hər dəfə önə çıxdığı oyunların 50-55- ci dəqiqəsindən sonra müdafiəyə çəkilir, hesabı qorumaq naminə meydanın mərkəzini keçmir?
Baxşıyev ötən mövsüm gileylənirdi ki, sərəncamındakı legionerlərin sayı azdır.
Hazırda düşərgədəki əcnəbilərin sayı 10-dur və o, yenə ehtiyat skamyanın qısalığından şikayətlənir. Onda da belə, indi də belə? Olmadı ki…
Transfer büdcəsini düzgün bölüşdürməyəndə, ikiqat ödəmə edəndə, əlbəttə, bu vəziyyətə gəlib çıxmalıydın.
Görəsən, Elmar bəy nəvaxtsa düz danışmağı öyrənəcək?
SPORTİNFO.AZ
|
Yer |
Komanda |
ÜMUMİ |
EVDƏ |
SƏFƏRDƏ |
||||||
|
Oyun |
İlk qol |
Faiz |
O |
İ/Q |
F |
O |
İ/Q |
F |
||
|
1 |
Qəbələ |
12 |
10 |
83.33% |
6 |
4 |
66.67% |
6 |
6 |
100.00% |
|
2 |
Qarabağ |
11 |
9 |
81.82% |
6 |
4 |
66.67% |
5 |
5 |
100.00% |
|
3 |
Neftçi |
12 |
9 |
75.00% |
5 |
3 |
60.00% |
7 |
6 |
85.71% |
|
4 |
Sabah |
12 |
8 |
66.67% |
7 |
4 |
57.14% |
80.00% |
||
|
5 |
Turan Tovuz |
11 |
6 |
54.55% |
5 |
4 |
80.00% |
6 |
2 |
33.33% |
|
6 |
Zirə |
12 |
5 |
41.67% |
6 |
2 |
33.33% |
6 |
3 |
50.00% |
|
7 |
Sumqayıt |
12 |
2 |
16.67% |
5 |
1 |
20.00% |
7 |
1 |
14.29% |
|
8 |
Kəpəz |
12 |
2 |
16.67% |
6 |
1 |
16.67% |
6 |
1 |
16.67% |
|
9 |
Səbail |
12 |
2 |
16.67% |
7 |
1 |
14.29% |
5 |
1 |
20.00% |
|
10 |
Şamaxı |
12 |
1 |
8.33% |
||||||

