Söz-söhbətin bitmədiyi "Qəbələ"yə nə çörək var, nə nicat

31 Oktyabr 2022 11:00 Qəbələ 688
Söz-söhbətin bitmədiyi "Qəbələ"yə nə çörək var, nə nicat

Ardıcıl dörd turdur ki, «Qəbələ» ilə qələbənin arası dəyib.

Mövsümün startından 12 həftə keçib, Konfrans Liqasının iştirakçısı özünə gələ bilmir ki, bilmir.

Qeyri-sabitlik komandanın boğazında ilişib qalıb.

Elmar Baxşıyev öz aləmində bunun səbəbini tapıb. Deyib ki, çalışdırdığı futbolçuların hər dəfə ikinci hissədə məğlubiyyətlə barışması fiziki hazırlığın zəifliyi ilə yox, konsentrasiyanı itirməsiylə bağlıdır.

Belə açıqlamaya bişmiş toyuğun da gülməyi gələr.

«Qəbələ»nin uduzduğu oyunların statistikasını vərəqləyin, artıq neçənci dəfə fasiləyə qalib kimi yollanıb, final fitini məğlub kimi qarşılamalarını görün. Bir-iki dəfə olsa, dərd yarıdır.

Baxşıyev çox da desin ki, fiziki hazırlıq qaydasındadır. Əslində, problem həm bundadır, həm də konsentrasiyanın aşağı olmasında.

Mövcud çatışmazlıqları aradan qaldırmaq isə bəndənizə düşməz. Bunu baş məşqçinin özü etməlidir. Baxşıyevin ondan qabaq yoluna qoymalı olduğu nöqsan isə nizam-intizamla bağlıdır.

Söz-söhbətin yıxmadığı ev yoxdur. «Qəbələ»də isə «dığ-dığ» baş alıb gedir.

Məqsəd İsayevlə Ömər Haninin Masazırdakı oyunda sözlü «atışma»sını izləmək, doğrudan da, mənə pis təsir elədi.

Bu anarxiyaya son qoyulmayanadək, «Qəbələ»yə çörək yoxdur.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti