Azərbaycanın eyniadlı şəhərini təmsil edən idman klubu “Qəbələ”nin kapitalı artırılıb.
Sportinfo.az xəbər verir ki, əyalət təmsilçisinin nizamnamə kapitalı 700 min manatdan 388.7 min manata qaldırılıb.
“Qəbələ” PFK əsası 1995-ci il iyulun 3-də qoyulub. Klubun ilk adı “Göy Göl” olub. 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib.
2005-ci il mayin 4-də adı dəyişdirilərək “Gilan” qoyulub. 2005-2006-cı illər mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb.
2006-cı ilin avqust ayinda - yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb.
2007-ci il avqustun 31-dək “Gilan” PFK adı altında fəaliyət göstərirdi. Hansı ki, bu ad onun baş sponsoru həmin dövrdə “Gilan Holdinq” idi. O tarixdən sonra “Qəbələ” PFK adı ilə dəyişdirilib.

