"Qəbələ"də “Braziliya qruplaşması” və Elmar Baxşıyevin acızliyi barədə VİDEO

29 Oktyabr 2022 21:20 Qəbələ 946
"Qəbələ"də “Braziliya qruplaşması” və Elmar Baxşıyevin acızliyi barədə VİDEO

Qeyri-sabit mövsüm keçirən «Qəbələ»də gərginlik azalmır.
Komandada əksəriyyət Elmar Baxşıyevdən narazıdır.

Baş məşqçinin heyət seçimi onlarda hiddət doğurub. Yerli futbolçulardan biri adının çəkilməməsi şərtilə əmakdaşımıza açıqlama verib.

Onun sözlərinə görə, Baxşıyev legionerlərin təzyiqi və təsiri altındadır:

«Elmar müəllim ayaq insandır. Çalışır mehribanlıq yaratsın. Keçən mövsüm komandada hamı «can» deyib, «can» eşidirdi.

Braziliyalı legionerlər çoxalandan sonra həmin ab-hava yoxdur artıq. Çünki onlar özlərini bir qrup kimi aparır.

Baş məşqçimiz bunu görür, ancaq qabaqlarını ala bilmir. Yumşaq adamdır. Deyə bilmir ki, sən filankəs zəif oynadın, bu dəfə başqasına şans verəcəm.

Rafael Utrixlə Felipe Maçado neçə turdur yaxşı təsir bağışlamır. Ramon Maçado da stabil oynamır. Braziliyalıların başı Ruan Renatodur.

O istəyir ki, bütün yerliləri həmişə meydanda olsun. Elmar müəllim onlardan çəkinir.

Qorxur ki, birdən sözü bir yerə qoyub, heç biri oynamaz, nəticələr bundan da pisləşər. Ona görə də üstünlüyü braziliyalılara verir, onların sözüylə oturub-durur».

Saytımızda yayılan bu xəbər ATV-də yayımlanan “Futbolumuz “ verlişində müzakirə olunub. Aparıcı Ceyhun Rzayevin mövzuyla bağlı sualını cavablandıran ekspert Emin Abbasov maraqlı məqamlara toxunub.

SPORTİNFO.AZ

VİDEONU BU LƏNKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti