Pis gündə olan bölgə klubu öz işini necə çətinə saldı?

28 Oktyabr 2022 23:40 Qəbələ 746
Pis gündə olan bölgə klubu öz işini necə çətinə saldı?

"Qəbələ" ardıcıl iki mümkün qələbəni əldən verdi.

Öncə "Şamaxı", ardınca "Kəpəz"lə oyunlar kənardan "6 xal cibdədir" görüntüsü yaradırdı.

Əslində hər iki oyunda da gedişat buna gedirdi. Önə çıxan bölgə klubu sonda ən pis halda minimalhesablı qələbə ilə 3 xala ümid bəsləyirdi.

Amma ən pis gedişat Elmar Baxşıyevin yetirmələrinin başına gəldi.

Hər iki matçda da rəqiblərin sonradan vurulan bərabərlik qolları "qırmızı qaralar" üçün "soyuq duş" təsiri bağışladı. Ki, sona kimi də bunun təsirindən çıxmayında hər iki halda da xal itkisi qaçılmaz oldu.

İndi isə komandanı qarşıda "Sabah", "Zirə" və "Neftçi" ilə bir-birindən ağır 3 oyun gözləyir. İlk dövrədə komanda adıçəkilən rəqiblərin hamısına məğlub olmuşdu.

Amma həmin yenilgilərin sığortası vardı. Ki, daha əvvəl "Şamaxı" və "Kəpəz" üzərindəki qələbələr xal xanasını kifayət qədər zənginləşdirə bilmişdi.

İndi isə şərtlər fərqlidir. Son iki oyundakı 4 xal itkisi "Qəbələ"ni ilk dördlükdən kənarda saxlayıb. Ardıcıl məğlubiyyətlər isə bir xeyli uzaq sala bilər. Ona görə də gənc mütəxəssis bütün bacarığını səfərbər edib, çətin periodda maksimum xallar yığmalıdır.

Komandanın arxada qalan mövsümlər belə durumlardan çıxmaq təcrübəsi yaşanıb. İndi qalır, onu təkrar etmək. Əks halda, yaxın gələcək bölgə komandası üçün o qədər də işıqlı görünmür.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti