"Qəbələ"ni təhlükə gözləmir - Bəs bu qədər pulu küçəyə niyə atırlar?

23 Oktyabr 2022 15:00 Qəbələ 824
"Qəbələ"ni təhlükə gözləmir - Bəs bu qədər pulu küçəyə niyə atırlar?

Premyer Liqada həftələr ötdükcə, sirr pərdəsi tədricən ortadan qalxır.

Yavaş-yavaş hər iştirakçının gücü, potensialı üzə çıxır.

«Qəbələ» bu mənada rahat ola bilər. Klub rəhbərliyi qəti şübhə etməsin - komanda elitada qalmaq vəzifəsinin öhdəsindən gələcək.

Elmar Baxşıyevin qarşısında, yəqin ki, bundan başqa vəzifə qoymayıblar. Vəziyyəti düzgün qiymətləndirmək çox vacibdir.

O, baş məşqçi kimi üzərinə düşəni edir: Premyer Liqada yerini qorumaq üçün hər xal qiymətlidir.

«Şamaxı» ilə «Kəpəz» bu yolda «Qəbələ»nin əsas rəqibidir və son ikim turda onlardan 2 xal qoparıblar.

Yenə avrokuboklara vəsiqə qazanmaq? Belə pis çıxmasın, məsəl var ey, ac toyuq yuxusunda darı görər.

Həmin toyuğun yuxusunda darı görməsi Baxşıyevin komandanı qite arenasına qaytarmaq perspektivindən daha realdır.

«Qəbələ» mövsümə 10 legionerlə başlayıb. 5-10 min dollar civarında əməkhaqqı alırlar. Bunu manata çevirsək, klubun büdcəsindən illik 2 milyon manatdan çox pul çıxır.

Bu məbləğin ölkədə saxlanılması, uşaq futboluna yönəldilməsi üçün idarəçilərə nə mane olur?

Başqa vaxt akademiyanın yaşaması üçün vəsait çatışmazlığından şikayətlənirlər, bu yandan da bir belə pulu legionerlərin yolunda küçəyə səpirlər.

Məntiq hanı? Qoy, «Qəbələ» başbilənləri onun yerini göstərsin.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti