Premyer Liqanın 11-ci turu çərçivəsində “Qəbələ” doğma meydanda “Kəpəz”i qəbul edir.
Bölgədə oyuna maraq gözləniləndən azdır.
Adətən, “qırmızı-qaralar”ın ev matçlarında stadionda 500 və daha artıq azarkeş gözə dəysə də, bu dəfəki say xeyli aşağıdır.
Bu da havanın yağışlı və soyuq olmasına görədir. Azarkeşlərin dediyinə görə, hava şəraitinin kəskin dəyişməsi futbolsevərlərin planına təsir edib. Əks halda stadionda daha çox azarkeş olacaqmış.
Hazırda davam edən oyunu “Red Black Army”nin 100-ə yaxın üzvü, az sayda sıravi azarkeş və Gəncədən gələn 20 nəfərdən ibarət fanat dəstəsi izləyir.
HƏBİB / SPORTİNFO.AZ

