“Şamaxı” bu dəqiqə çempionatın məğlub edilməsi çətin olan komandalarındandır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin qapıçısı Səlahət Ağayev deyib.
O, Premyer Liqanın ötən turunda qarşılaşdıqları bölgə təmsilçisi haqda danışıb.
Sitat: “Onların heyətində 1 nəfər də olsun legioner yoxdur. Amma görün gənclər necə əzmkarlıq göstərir, nə qədər qol imkanı yaxalayırlar.
Sadəcə, hansısa anlarda təcrübə baxımdan əziyyət çəkirlər. “Neftçi”, “Turan Tovuz”, hətta bizimlə ilk dövrədəki oyunda belə, məğlubiyyətə layiq deyildilər.
Gənclərin təcrübəsi artıqca, Premyer Liqaya öyrəşdikcə, “Şamaxı” indikindən də təhlükəli olacaq”.

