“Milli komanda? Orada oynamaq hər bir futbolçunun arzusudur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Məqsəd İsayev deyib.
Əyalət klubunda ikinci mövsümünü keçirən “Neftçi”nin yetirməsi ölkənin əsas yığmasında dəvət almaq istədiyini gizlətməyib:
“Mən üzərimə düşəni edirəm. Oyunları izləyən, qərar verən, heyəti müəyyənləşdirən isə baş məşqçidir.
Cannı De Byazi dəvət edəcəksə, bacardığımın ən yaxşısını edəcəm. Dəvət etməsə, yenə durmadan çalışacam”.

