
Tezliklə Premyer Liqanın daha bir klubunda Müşahidə Şurası yaradılacaq.
Bu dəfə sıra “Qəbələ”yə çatıb.
Bununla bağlı əyalət klubunda bununla bağlı müzakirələr aparılır, struktur dəyişikliyinə hazırlıq görülür.
Dünən bu istiqamətdə növbəti addımı “Zirə” atıb. İdarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.
İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib.
“AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər.
SPORTİNFO.AZ