"Qəbələ" çempion oldu

27 May 2021 22:20 Qəbələ 1 049
"Qəbələ" çempion oldu

“Qəbələ” U-17 kubokunu qazanıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün keçirilən final oyununda “Qarabağ”la qarşılaşıb.

Bayıldakı “ASCO Arena”da keçirilən matçın əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib – 2:2.

Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin çalışdırdığı "Qəbələ" 5:4 hesablı qələbə qazanıb.

Qarşılaşmadan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM