"Qəbələ"dən iki dəfə artıq maaş istədi, "yoxsa gedirəm" dedi

18 May 2021 17:40 Qəbələ 1 268
"Qəbələ"dən iki dəfə artıq maaş istədi, "yoxsa gedirəm" dedi

Maliyyə problemləri yaşayan «Qəbələ» daha bir legioneri ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az-ın məlumatına görə, əyalət təmsilçisi Yurgen Qoxa ilə ortaq məxrəcə gələ bilmir.

Ötən yay Azərbaycana gələn albaniyalı müdafiəçi maaşının artırılmasını tələb edib. Özü də 29 yaşlı legioner ikiqat artım istəyir.

Görünür, başa təklifləri olan Qoxa klubsuz qalmayacağına əmindir, odur ki, «Qəbələ» ilə 1+1 illik müqaviləsinin qüvvədə qalmasına isti yanaşmır.

Karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.

Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı