AFFA ilə "Qəbələ" arasında İKİ ANLAŞMA

4 May 2021 09:40 Qəbələ 1 001
AFFA ilə "Qəbələ" arasında İKİ ANLAŞMA

AFFA ilə «Qəbələ» arasında iki məsələdə yeni razılıq əldə olunub.

Sportinfo.az-ın federasiyadan əldə etdiyi məlumata görə, razılaşmaya əsasən, əyalət təmsilçisi növbəti mövsümdən etibarən legionerlərin sayını azaldacaq və üstünlüyü öz akademiyasının yetirmələrinə verəcək.

Digər nnlaşma isə əvəzedi komandanın bərpasıyla bağlıdır. Bilindiyi kimi, «qırmızı-qaralar» 3 mövsümdür «dubl»dan imtina edib. Bölgə klubu maliyyə azlığınıı əsas göstərərək, əvəzedicilərin xərclərini ödəmək iqtidarında olmadığını elan eləyib.

AFFA indi bunları keçərli saymır. Çünki qurum tərəfindən «Qəbələ»yə növbəti yardım partiyasının ayrılmasına dair razılıq əldə olunub. Federasiya ötən yay olduğu kimi, gələn «futbol ili»ndə də «qırmızı-qaralar»a 1,5 milyon manat ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"